Azərbaycan versiyası English version Española versión
   Ali Evsen "Star" MMC, "Star Taksi", "Evsen" Şirkətlər Qrupu, "ELİTE" Ticarət və Əyləncə Kompleksi, "ELİTE" Otel, "QUEEN" Əyləncə mərkəzi, "A" Lizinq şirkəti, "STAR" MMC televizor zavodu, "AZSAMAND" avtomobil zavodu, "AZƏRELEKTRONİKA" məişət cihazları istehsalı zavodu, "Xalçaçılıq fabriki", "Elite Medica" apteklər şəbəkəsi, "Star OIL" MMC və "Evsen Group-Albaniya" şirkətlərinin yaradıcısı və rəhbəridir.

O, 1962-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur. Orta məktəb və liseyi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Bakalavr dərəcəsini almışdır. Ali Evsen peşəkar fəaliyyətə 1983-cü ildə başlamış və 1991-ci ilədək Türkiyədə kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

Ali Evsen 1992-ci ildən başlayaraq müstəqil Azərbaycan Respublikası ərazisində geniş biznes fəaliyyəti ilə məşğul olan, ölkə iqtisadiyyatına böyük sərmayələr yatıran, minlərlə insanı işlə təmin etmiş, müxtəlif xeyriyyə tədbirləri keçirmiş və bununla da, Azərbaycanın biznes məkanında intensiv inkşafına yardımcı olan mövqeyini möhkəmləndirmiş ilk sahibkarlardan biri olmuşdur. Bu dövrdə o, ticarət və xidmət fəaliyyəti həyata keçirən bir sıra şirkətlər təsis etmişdir. Azərbaycanda birinci sərbəst ticarət mağazasının açılışı onun adı ilə bağlıdır. Ticarət fəaliyyəti dövründə Azərbaycana Dubaydan ilk konteyneri gətirməklə Ali Evsen ilk özəl ticarət ticarət yolunu açmış oldu.

Ali Evsenin yaratdığı istehsalat və ticarət müəssisələri ölkənin iqtisadiyyatının inkşafında çox mühüm rol oynamış və özəl sektorun inkişafına yaradılan şərait bu işin həyata keçirilməsinə "yaşıl işıq" yandırmışdır. Məhz onun və rəhbərlik etdiyi şirkətdə işləyən minlərlə əməkdaşın gərgin, fasiləsiz əməyi nəticəsində səmərəli layihələr həyata keçirilmişdir. Ümumiyyətlə Azərbaycanın biznes mühitinə daxil olmuş bir çox yeniliklər məhz Ali Evsenin adı ilə bağlıdır.

   Ali EVSEN: ÖN SÖZ:

   1992-ci ildən fəaliyyətə başlayan "Evsen" Şirkətlər Qrupu bu dövr ərzində uzun inkişaf yolu keçərək iqtisadiyyatın müxtəlif sektorlarında fərqli şirkətlər qurmuş və Azərbaycan iqtisadiyyatında özünəməxsus yer tutmuşdur.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatların Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi və eyni zamanda, artıq ölkəyə axını başlamış neft gəlirlərinin istifadəsi strategiyasının düzgün müəyyən edilməsi nəticəsində ölkədə kiçik və orta, həmçinin iri sahibkarlığın inkişafı üçün dayanıqlı və münbit şərait yaradılmışdır.

"Evsen" Şirkətlər Qrupu Azərbaycanın aparıcı şirkətlərindən biri olaraq, ölkəmizin iqtisadi inkişaf və əhalinin rifah səviyyəsinin yüksəldilməsində üzərinə düşən məsuliyyəti aydın surətdə dərk edir. Dünya təcrübəsi göstərir ki, ölkələrin iqtisadi inkişafının təmin edilməsində iri iqtisadi subyektlərin, holdinq tipli şirkətlərin rolu böyükdür.

"Evsen" Şirkətlər Qrupu ötən 20 ilə yaxın müddət ərzində önəmli nailiyyətlər əldə etmişdir. Bunların sırasında ilkin olaraq qeyd etmək istədiyim ölkə üzrə regional şəbəkələrinin yaradılmasıdır. "Evsen" Şirkətlər Qrupu hazırda fəaliyyətini müxtəlif sektorlar üzrə (istehsalat sektoru, xidmət sektoru, sənaye sektoru, ticarət sektoru, maliyyə sektoru) cəmləşdirməkdədir.

Bu müddət ərzində ölkə daxilində olduğu kimi, ölkə xaricində də şəbəkəmizi genişləndirmişik. Belə ki, ötən müddət ərzində "Evsen" Şirkətlər Qrupunun Albaniya, Fransa və İspaniya nümayəndəlikləri açılmış və daha sonra Albaniyada Evsen Şirkətlər Qrupu-Albaniya MMC törəmə şirkəti yaradılmışdır.

Beynəlxalq şirkət olmağı qarşısına hədəf kimi qoyan "Evsen" Şirkətlər Qrupu mövcud xarici nümayəndəliklər və filiallar şəbəkəsinin fəaliyyət səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, onun genişləndirilməsinə də mühüm önəm verməkdədir. Önümüzdəki illərdə şirkətlərimizin daha da inkişaf edəcəklərinə və ümumi nəticəmizə müsbət baxımdan əlavə dəyər verəcəklərinə inandığımı bildirmək istəyirəm.

Əldə edilmiş bu münbit şəraitin daha da inkişaf etdirilməsi üçün hökumətimizə və bizlərə önəmli vəzifələr düşməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə makroiqtisadi sabitliyin təmin edilməsi, bütün ölkə üzrə infrastruktur şəbəkənin ən müasir səviyyəyə çatdırılması, investisiya mühitinin daha da təkmilləşməsi istiqamətlərində hökumətimizin önəmli uğurlara imza atacağına əmin olduğumu bildirmək istəyirəm. Azərbaycanın demokratik dəyərlərə və bazar iqtisadiyyatı prinsiplərinə sadiqlik nümayiş etdirməsi həm ölkə ictimaiyyətində, həm də xarici iqtisadi çevrələrdə müsbət və ümidli bir atmosfer yaratmışdır.

Əldə etdiyimiz nəticələrdən aldığımız cəsarətlə qarşıdakı illərdə işlərimizi daha da böyütmək, üzərimizə düşən sosial məsuliyyətləri artıqlaması ilə yerinə yetirmək niyyətindəyik. Bununla da, "Evsen" Şirkətlər Qrupu "Daim xidmət keşiyində..." şüarını əsas götürərək ölkə iqtisadiyyatındakı lider rolunu daha da gücləndirəcək, beynəlxalq bir Azərbaycan şirkəti olaraq əmin addımlar ilə irəliləyəcəkdir.

"Evsen" Şirkətlər Qrupunun bu səviyyəyə gəlməsində və müvəffəqiyyətli nəticələr əldə etməsində çox önəmli iştirakları olan müştərilərimizə və çalışanlarımıza dərindən təşəkkür edirəm.